​Azərbaycanda 12 yeni poçt şöbəsi tikilib

​Azərbaycanda 12 yeni poçt şöbəsi tikilib Bu işlər 2015-ci ilin ilk yarısında icra edilib
İKT
17 İyul , 2015 16:40
​Azərbaycanda 12 yeni poçt şöbəsi tikilib

Bakı. 17 iyul. REPORT.AZ/ Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda poçt xidməti şəbəkəsinin inkişafı və genişləndirilməsi sahəsində bir sıra tədbirlər həyata keçirilib. "Report" Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir ki, əhalinin poçt xidmətlərinə olan tələbatının ödənilməsi məqsədilə 1 ədəd poçt şöbəsi və 3 poçt agentliyi (Ağdam Poçt Filialının Təzəkənd PŞ-si, Lənkəran RPF-nin Separadi PŞ-nin Tükəvilə PA, Cəlilabad PF-nin Göytəpə PŞ-nin Muğan PA və Saatlı PF-nin Nəsimikənd PŞ-nin Sımada PA) açılaraq əhalinin istifadəsinə verilib. Eləcə də, 12 ədəd PŞ binası (o cümlədən, 7-si Naxçıvan MR RYTN üzrə) tikilib.

Hesabat dövründə bank-maliyyə xidmətlərinin genişləndirilməsi istiqamətində zəruri tədbirlər görülüb. Belə ki, 10 ədəd POS-terminal quraşdırılıb, ödəniş kartlarının istifadəsi üzrə təhlükəsizlik səviyyəsinin yüksəldilməsi və həyata keçirilən əməliyyatlar haqqında operativ formada məlumatın əldə edilməsi məqsədilə “Mobil bankçılıq” xidməti "Azərpoçt" MMC-nin kart sahiblərinin istifadəsinə verilib.

Son xəbərlər

Orphus sistemi