Bakı. 17 iyul. REPORT.AZ/ Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda poçt xidməti şəbəkəsinin inkişafı və genişləndirilməsi sahəsində bir sıra tədbirlər həyata keçirilib. "Report"
Hesabat dövründə bank-maliyyə xidmətlərinin genişləndirilməsi istiqamətində zəruri tədbirlər görülüb. Belə ki, 10 ədəd POS-terminal quraşdırılıb, ödəniş kartlarının istifadəsi üzrə təhlükəsizlik səviyyəsinin yüksəldilməsi və həyata keçirilən əməliyyatlar haqqında operativ formada məlumatın əldə edilməsi məqsədilə “Mobil bankçılıq” xidməti "Azərpoçt" MMC-nin kart sahiblərinin istifadəsinə verilib.