Bakı. 7 sentyabr. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Böyük Britaniyanın paytaxtı Londona səfər edib.
Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Səfərdə məqsəd Birləşmiş Millətlər Təşkilatının sülhməramlı əməliyyatları mövzusunda keçiriləcək müdafiə nazirlərinin görüşündə iştirak etməkdir.