NATO Mobil Təlim Qrupu Azərbaycan zabitlərinə kurs keçir

NATO Mobil Təlim Qrupu Azərbaycan zabitlərinə kurs keçir Təlim kursu sentyabrın 23-dək davam edəcək
Hərbi
20 Sentyabr , 2016 17:15
NATO Mobil Təlim Qrupu Azərbaycan zabitlərinə kurs keçir

Bakı. 20 sentyabr. REPORT.AZ/ Azərbaycan Müdafiə Nazirliyinin NATO ilə 2016-cı il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən NATO-nun Ramştayn Hərbi Hava Qüvvələri (HHQ) Komandanlığının Mobil Təlim Qrupu tərəfindən "Birgə HHQ Əməliyyatlarının Planlaşdırılması" mövzusunda təlim kursu keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, kurs müddətində iştirakçılara "NATO HHQ-nin Komanda və Qüvvə strukturu", "Birgə Əməliyyatların Planlaşdırılmasının Əsas Xüsusiyyətləri" və digər mövzular barədə məlumatlar veriləcək, eləcə də işçi qruplarda fəaliyyətlər həyata keçiriləcək.

Təlim kursu sentyabrın 23-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi