​İmişlidə çağırışçı gənclər hərbi xidmətə yola salınıb

​İmişlidə çağırışçı gənclər hərbi xidmətə yola salınıb Mərasim Bayraq meydanında baş tutub
Hərbi
15 Yanvar , 2016 01:54
​İmişlidə çağırışçı gənclər hərbi xidmətə yola salınıb

Bakı. 15 yanvar. REPORT.AZ/ İmişli rayonunda çağırışçı gənclər hərbi xidmətə yola salınıblar.

"Report" xəbər verir ki, Bayraq meydanında keçirilən mərasimdə İmişli Rayon İcra Hakimiyyəti, həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri və çağırışçıların valideynləri iştirak ediblər.

Tədbirdə əvvəlcə dövlət himni səsləndirilib. Çağırışçı gənclərə Vətənə layiqli xidmət etmələri tövsiyə edilib. Daha sonra çağırışçılar müqəddəs Qurani-Kərimin altından keçib üçrəngli Azərbaycan bayrağını öpərək xidmət edəcəkləri hərbi hissələrə yola salınıblar.

Son xəbərlər

Orphus sistemi