​“TurAz Qartalı - 2015” təlimlərinə döyüş helikopterləri qoşulub - VİDEO

​“TurAz Qartalı - 2015” təlimlərinə döyüş helikopterləri qoşulub - VİDEO Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı - 2015” birgə taktiki təlimləri davam edir
Hərbi
1 Sentyabr , 2015 11:22
​“TurAz Qartalı - 2015” təlimlərinə döyüş helikopterləri qoşulub - VİDEO

Bakı. 1 sentyabr. REPORT.AZ/ Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı - 2015” birgə taktiki təlimləri davam edir.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu gün təlimlərdə aviasiya qüvvələrinə məxsus Mi-35 döyüş, Mi-17 və Sikorski UH-60 döyüş-nəqliyyat, eləcə də Cougar AS532 axtarış-xilasetmə helikopterləri iştirak edib.

Təlimlərin ssenarisinə əsasən helikopterlər uçuşlar keçirməklə Hava Hücumundan Müdafiə bölmələrinə qarşı radiomaneələrin tətbiqi və helikopterlərin bort müdafiə komplekslərinin yoxlanılması üzrə verilən tapşırıqları icra ediblər.

Son xəbərlər

Orphus sistemi