​Azərbaycanla Rusiya Xəzərdə birgə hərbi təlimlər keçirəcək

​Azərbaycanla Rusiya Xəzərdə birgə hərbi təlimlər keçirəcək Təlim "Xəzərdəki iqtisadi obyektlərin müdafiəsində birgə fəaliyyət" adı altında baş tutacaq
Hərbi
22 May , 2015 16:38
​Azərbaycanla Rusiya Xəzərdə birgə hərbi təlimlər keçirəcək

Bakı. 22 may. REPORT.AZ/ Azərbaycanla Rusiya ilk dəfə Xəzərdə birgə hərbi təlimlər keçirəcək.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

"Hər iki tərəfin hərbi təmsilçilərinin keçirdiyi məsləhətləşmələr nəticəsində bu qərar qəbul edilib", - məlumatda bildirilib.

Xəbərə görə, təlim 2015-ci ilin sentyabrında "Xəzərdəki iqtisadi obyektlərin müdafiəsində birgə fəaliyyət" adı altında keçiriləcək. 

Təlimdə ona yaxın gəmi iştirak edəcək. 

Son xəbərlər

Orphus sistemi