​Azərbaycanda təhsil alacaq Qırğız Respublikası kursantlarının sayı artırılacaq

​Azərbaycanda təhsil alacaq Qırğız Respublikası kursantlarının sayı artırılacaq Ölkənin müdafiə naziri kursantların təhsil alacağı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olub
Hərbi
16 Fevral , 2015 16:42
​Azərbaycanda təhsil alacaq Qırğız Respublikası kursantlarının sayı artırılacaq

Bakı. 16 fevral. REPORT.AZ/ Azərbaycan Qırğız Respublikasından olan kursantlar üçün ayırılan kvotanın sayını artırmağa hazırlaşır.

"Report" "kabar.kg" saytına istinadən xəbər verir ki, bu məsələ Qırğız Respublikasının müdafiə naziri Abibillah Kudayberdiyevin Azərbaycana rəsmin səfəri zamanı məlum olub.

Xatırladaq ki, Abibillah Kudayberdiyev fevralın 10-13-də Azərbaycana rəsmi səfər edib. Səfər çərçivəsində nazir Azərbaycanın hərbi-siyasi rəhbərliyi ilə görüşlər keçirib, Qırğız Respublikası kursantlarının təhsil alacağı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində də olub.

Son xəbərlər

Orphus sistemi