Azərbaycanda hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə baxılması müddəti dəyişdirilir

Azərbaycanda hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə baxılması müddəti dəyişdirilir Hazırda qanunvericilikdə bu müddət 15 gün göstərilir
Hərbi
25 May , 2016 11:47
Azərbaycanda hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə baxılması müddəti dəyişdirilir

Bakı. 25 may. REPORT.AZ/ Azərbaycanda hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə baxılması müddəti artırılır.

"Report" xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında "Hərbi qulluqçuların statusu haqqında" qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Dəyişiklik layihəsinə əsasən, hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinin daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılması nəzərdə tutulur.

Hazırda qanunvericilikdə bu müddət 15 gün göstərilir.

Dəyişiklik layihəsi müzakirələrdən sonra parlamentin mayın 31-də keçiriləcək son plenar iclasına tövsiyə olunub.

Son xəbərlər

Orphus sistemi