Azərbaycan HDQ Dəniz Kuboku-2016 yarışmasında iştirak edəcək

Azərbaycan HDQ Dəniz Kuboku-2016 yarışmasında iştirak edəcək Yarışlar avqustun 1-dən 12-dək keçiriləcək
Hərbi
22 İyul , 2016 16:15
Azərbaycan HDQ Dəniz Kuboku-2016 yarışmasında iştirak edəcək

Bakı. 22 iyul. REPORT.AZ/ Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) Dəniz Kuboku-2016 yarışmasında iştirak edəcək.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, yarışlar avqustun 1-dən 12-dək xüsusi quraşdırılmış döyüş hazırlığı poliqonunda, eləcə də Kaspiyskdəki (Dağıstan) Xəzər təlim-məşq kompleksində keçiriləcək.

Yarış iştirakçıları artilleriya qurğularında hərbi atışlar, lövbərin quraşdırılması və yuxarı çəkilməsi, verilmiş marşrutları maksimum sürətlə keçid və qəza vəziyyətində olan gəmiyə yardım göstərilməsi tədbirləri üzrə mübarizə aparacaq.

Yarışda həmçinin Rusiya və Qazaxıstan HDQ iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi