Polşanın Azərbaycandakı hərbi attaşesi geri çağırılıb

Polşanın Azərbaycandakı hərbi attaşesi geri çağırılıb Polşanın Azərbaycandakı hərbi attaşesi vəzifəsini polkovnik Zbiqnev Vasilevski icra edir
Hərbi
4 İyul , 2016 15:26
Polşanın Azərbaycandakı hərbi attaşesi geri çağırılıb

Bakı. 4 iyul. REPORT.AZ/ Polşa müdafiə naziri Antoni Matsereviçin qərarı ilə bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda Polşanın hərbi attaşeləri tutduqları vəzifədən azad olunub.

"Report" "Radio Polşa"ya istinadən xəbər verir ki, attaşelər ilin ikinci yarısında vəzifəsindən tam uzaqlaşdırılacaq.

Azərbaycandan başqa, Polşanın ABŞ, Hollandiya, Belçika, Bolqarıstan, Gürcüstan və Əlcəzairdəki hərbi attaşeləri geri çağırılacaq. Yeni təyinatlar hələ qəbul edilməyib.

Xatırladaq ki, Polşanın Azərbaycandakı hərbi attaşesi vəzifəsini polkovnik Zbiqnev Vasilevski icra edir.

Son xəbərlər

Orphus sistemi