Bakı. 18 may. REPORT.AZ/
Eyni zamanda, Ombudsman Aparatının əməkdaşları FHN-in Mülki Müdafiə Qoşunlarının və DİN-nin Daxili Qoşunlarının Lənkəran şəhərində yerləşən hərbi hissələrində də plan üzrə baxışlar keçiriblər.
Baxışların məqsədi hərbi qulluqçuların məişət şəraiti ilə tanış olmaq, onlarla rəftar və həmin hərbi hissələrdə insan hüquqlarının müdafiəsi vəziyyətinin araşdırılması olub.
Aparatın əməkdaşları tərəfindən hərbi hissələrin bütün obyektlərinə baxış keçirilib, şərait, habelə rəftar və qidalanma vəziyyəti, müalicənin keyfiyyəti müsbət qiymətləndirilib.
Ombudsman Aparatının əməkdaşları şəxsi heyətlə insan hüquqları, o cümlədən hərbi qulluqçuların hüquqları, Ombudsmanın bu istiqamətdə fəaliyyəti, mövcud hərbi qanunvericilik və hərbi nizamnamələr mövzusunda söhbətlər aparıb, suallar cavablandırılıb. Onlar respublikamızda hüquqi maarifləndirmə, ideoloji və təlim-tərbiyə işlərinin, şəxsi heyətin yüksək döyüş ruhunun və psixoloji durumunun, həmçinin Vətənə sədaqət və vətənpərvərlik hissinin gücləndirilməsi sahəsində görülən işləri yüksək qiymətləndiriblər.
Hərbi hissələrin komandanlığına müvafiq tövsiyələr verilib, habelə Ombudsman təsisatında hazırlanmış insan hüquqları sahəsində nəşrlər hərbi hissələrə hədiyyə edilib.