Müdafiə Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib

Müdafiə Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib Şəhidlərin xatirəsi hörmət və ehtiramla yad olunub
Hərbi
20 Yanvar , 2016 13:31
Müdafiə Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib

Bakı. 20 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti 20 Yanvar Ümumxalq hüzn günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib. Bu barədə “Report”a nazirliyin mətbuat xidmətindən bildirilib.

Hərbi qulluqçular Vətənin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsini hörmət və ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.

Son xəbərlər

Orphus sistemi