Bakı. 22 iyun. REPORT.AZ/ Azərbaycan
Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 97-ci ildönümünə həsr edilən film ingilis dilinə də tərcümə olunub. Film həm Azərbaycan, həm də ingilis dilində hazırlanıb.
Nazirliyin Sənədli və Tədris Filmləri Kinostudiyasında çəkilən filmdə qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycanın keçdiyi yola nəzər salınıb. Müstəqillik illərindən bu günə kimi qazanılan uğurlardan bəhs edilib.