Zərdabda kanalda qumbara və pulemyot tapılıb

Zərdabda kanalda qumbara və pulemyot tapılıb Zərdab Rayon Polis Şöbəsinə rayonun Hüseynxanlı kəndi ərazisindən keçən su kanalından silah-sursat tapılması barədə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, məlumatla əlaqədar hadisə yerinə baxış keçi
Hadisə
17 Aprel , 2024 10:28
Zərdabda kanalda qumbara və pulemyot tapılıb

Zərdab Rayon Polis Şöbəsinə rayonun Hüseynxanlı kəndi ərazisindən keçən su kanalında qumbara və pulemyot tapılıb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, hadisə yerinə baxış keçirilib və ərazidən 1 ədəd “F-1” əl qumbarası, 1 ədəd pulemyot, daraq və 760 ədəd patron aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi