Ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürülüb

Ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürülüb Polis əməkdaşları ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürüblər.
Hadisə
30 Aprel , 2024 09:55
Ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürülüb

Polis əməkdaşları ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürüblər.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 29-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 5 qumbara, 30 ədəd müxtəlif markalı tüfəng, 5 patron darağı və 729 ədəd müxtəlif çaplı patron təhvil götürüblər. Keçirilən digər əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 5 ədəd müxtəlif markalı tüfəng aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi