Bakı. 11 dekabr. REPORT.AZ/ Bakıda zavod ərazisindən silah-sursat tapılıb. "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, silah-sursat Xətai rayonu Nobel prospekti 36 ünvanında yerləşən poladəritmə zavodunun qarşısında aşkarlanıb. Hadisə yerinə FHN-in xilasediciləri cəlb olunub. Silah-sursatın zərərsizləşdirilməsi istiqamətində işlər aparılır.
Bakıda zavod ərazisindən silah-sursat tapılıb
Hadisə
11 Dekabr , 2014
11:36
https://static.report.az/photo/ac3a7229-1f9d-4e7c-a6c1-cf502a8e0c36.jpg