Bakıda zavod ərazisindən silah-sursat tapılıb

Bakıda zavod ərazisindən silah-sursat tapılıb Hadisə yerinə xilasedicilər cəlb olunub
Hadisə
11 Dekabr , 2014 11:36
Bakıda zavod ərazisindən silah-sursat tapılıb

Bakı. 11 dekabr. REPORT.AZ/ Bakıda zavod ərazisindən silah-sursat tapılıb. "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, silah-sursat Xətai rayonu Nobel prospekti 36 ünvanında yerləşən poladəritmə zavodunun qarşısında aşkarlanıb. Hadisə yerinə FHN-in xilasediciləri cəlb olunub. Silah-sursatın zərərsizləşdirilməsi istiqamətində işlər aparılır.

Son xəbərlər

Orphus sistemi