Yevlaxda 86 yaşlı şəhid anasını öldürən şəxs hadisənin təfərrüatlarını açıqlayıb - FOTO - VİDEO

Yevlaxda 86 yaşlı şəhid anasını öldürən şəxs hadisənin təfərrüatlarını açıqlayıb - FOTO - VİDEO Aqil İsmayılov saxlanılaraq istintaqa cəlb olunub
Hadisə
18 Mart , 2016 18:21
Yevlaxda 86 yaşlı şəhid anasını öldürən şəxs hadisənin təfərrüatlarını açıqlayıb - FOTO - VİDEO

Bakı. 18 mart. REPORT.AZ/ Yevlax rayonunda 86 yaşlı qadını qətlə yetirərək evini qarət edən şəxs tutulub. "Report"un məlumatına görə, rayon ərazisində məskunlaşan Kəlbəcər rayonundan olan məcburi köçkün Aqil İsmayılov törətdiyi qətlin təfərrüatlarını açıqlayıb. 

O, istintaqa ifadəsi zamanı Maral Nəsibova ilə əvvəllər Yevlax ərazisində qonşu olduqlarını və mənzilində tək yaşadığını bildiyini deyib. 

Yevlax Rayon Polis Şöbəsindən (RPŞ) "Report"a bildirilib ki, təqsirləndirilən şəxs A.İsmayılov M.Nəsibovanı öldürdükdən sonra onun üzərində olan zinət əşyalarını çıxarıb və mənzildəki pensiya kartlarını, həmçinin nağd pulu götürərək hadisə yerindən qaçıb.

Yevlax RPŞ və rayon prokurorluğu əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə təqsirli bilinən A.İsmayılov saxlanılaraq istintaqa cəlb olunub.

Qeyd edək ki, M.Nəsibovanın iki övladı Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub.

Son xəbərlər

Orphus sistemi