Bakı. 26 Fevral. REPORT.AZ/ Abşeron rayonunda minik avtomobili yanıb.
"Report"un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Xırdalan şəhərində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı obyektlər yanğından mühafizə olunub.
Yanğın saat 01:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.