Xırdalanda minik avtomobili yanıb

Xırdalanda minik avtomobili yanıb "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb
Hadisə
26 Fevral , 2015 04:07
Xırdalanda minik avtomobili yanıb

Bakı. 26 Fevral. REPORT.AZ/ Abşeron rayonunda minik avtomobili yanıb. 

"Report"un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Xırdalan şəhərində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı obyektlər yanğından mühafizə olunub. 

Yanğın saat 01:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi