Meyiti Xəzərin Türkmənistan sektorunda tapılan neftçi dəfn olunub - FOTO

Meyiti Xəzərin Türkmənistan sektorunda tapılan neftçi dəfn olunub - FOTO Dəfn mərasimində SOCAR-ın və Tovuz Rayon İcra Hakimiyyətinin rəsmiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib
Hadisə
13 Yanvar , 2016 13:25
Meyiti Xəzərin Türkmənistan sektorunda tapılan neftçi dəfn olunub - FOTO

Bakı. 13 yanvar. REPORT.AZ/ “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşən və Xəzər dənizinin Türkmənistan sektorunda meyiti tapılan neftçi Qasımov Mübariz Dilqəm oğlu dəfn olunub. “Report”un məlumatına görə, M.Qasımovun cənazəsi Tovuz rayonununun Aşağı Mülkülü kənd qəbirstanlığında torpağa tapşırılıb. Dəfn mərasimində SOCAR-ın və Tovuz Rayon İcra Hakimiyyətinin rəsmiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Son xəbərlər

Orphus sistemi