Yuxarı
    Bağlamaq

    Meyiti Xəzərin Türkmənistan sektorunda tapılan neftçi dəfn olunub - FOTO

    Dəfn mərasimində SOCAR-ın və Tovuz Rayon İcra Hakimiyyətinin rəsmiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib

    Bakı. 13 yanvar. REPORT.AZ/ “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşən və Xəzər dənizinin Türkmənistan sektorunda meyiti tapılan neftçi Qasımov Mübariz Dilqəm oğlu dəfn olunub. “Report”un məlumatına görə, M.Qasımovun cənazəsi Tovuz rayonununun Aşağı Mülkülü kənd qəbirstanlığında torpağa tapşırılıb. Dəfn mərasimində SOCAR-ın və Tovuz Rayon İcra Hakimiyyətinin rəsmiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi