Xəzərin Türkmənistan sahillərində tapılmış neftçinin şəxsiyyəti müəyyənləşdirilib

Xəzərin Türkmənistan sahillərində tapılmış neftçinin şəxsiyyəti müəyyənləşdirilib Meyit 1958-ci il təvəllüdlü Qasımov Mübariz Dilqəm oğluna məxsusdur
Hadisə
11 Yanvar , 2016 17:44
Xəzərin Türkmənistan sahillərində tapılmış neftçinin şəxsiyyəti müəyyənləşdirilib

Bakı. 11 yanvar. REPORT.AZ/ Xəzər dənizinin Türkmənistan sahillərində tapılmış meyitin şəxsiyyəti müəyyənləşdirilib. Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Məlum olub ki, meyit “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə mexanik işləyən və baş vermiş qəza nəticəsində itkin düşən neftçi, 1958-ci il təvəllüdlü Qasımov Mübariz Dilqəm oğluna məxsusdur.

Xatırladaq k, Xəzər dənizinin Türkmənistan sahillərindən 55 km uzaqlıqda Azərbaycana məxsus “Cabbar Həşimov” gəmisi kişi cəsədi aşkar edib. Dərhal yaxınlıqda olan Türkmənistana məxsus “Caspian Rovşan” gəmisinə məlumat ötürülüb və cəsəd gəminin göyərtəsinə qaldırılaraq Türkmənbaşı dəniz limanı istiqamətində aparılıb.

Son xəbərlər

Orphus sistemi