​Xaçmazda maşınla kanala düşən 4 nəfər xilas edilib - YENİLƏNİB

​Xaçmazda maşınla kanala düşən 4 nəfər xilas edilib - YENİLƏNİB 4 nəfər sudan çıxarılaraq adiyyəti üzrə təhvil verilib
Hadisə
18 İyun , 2016 00:29
​Xaçmazda maşınla kanala düşən 4 nəfər xilas edilib - YENİLƏNİB

Xaçmaz. 17 iyun. REPORT.AZ/ Xaçmaz rayonu ərazisində idarəetməni itirərək kanala düşən "VAZ-2106" markalı avtomobil, onun sürücüsü və 3 sərnişini tapılaraq xilas edilib.

"Report" xəbər verir ki, xilas edilən sərnişinlərdən biri 40 günlük körpə Mahmudov Nicat Sirac oğludur.

***22:55

Xaçmaz. 17 iyun. REPORT.AZ/ Xaçmaz rayonunun Gödəkli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, ərazidən keçən minik maşını idarəetməni itirərək Xan arxına düşüb.

Avtomobildə 4 nəfər olub. Onların hamısının Gödəkli kənd sakinləri olduqları bildirilir.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Regional İdarəsinin dalğıc- xilasediciləri kanalda itkin düşənlərin axtarışlarını davam etdirirlər. Axtarış işlərini asanlaşdırmaq məqsədi ilə kanalda suyun həcmi azaldılıb.

Son xəbərlər

Orphus sistemi