Xaçmaz rayonunda bir nəfər bıçaqlanaraq, öldürülüb - FOTO

Xaçmaz rayonunda bir nəfər bıçaqlanaraq, öldürülüb - FOTO Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır
Hadisə
16 Oktyabr , 2016 09:44
Xaçmaz rayonunda bir nəfər bıçaqlanaraq, öldürülüb - FOTO

Bakı. 16 oktyabr. REPORT.AZ/ Xaçmaz rayonu, Arzu kəndində 1972-ci il təvəllüdlü, Novruzov İlqar Məmmədəli oğlu bıçaq xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

"Report"un məlumatına görə, həkinmlərin cəhdlərinə baxmayaraq, çoxsaylı bıçaq xəsarətləri alan yaralını xilas etmək mümkün olmayıb.

İlkin informasiyaya əsasən, İlqar Məmmədəli oğlu Novruzovla Gündüz Əli oğlu Məhərrəmov bir yerdə yemək yeyib, spirtli içki qəbul etdikdən sonra aralarında xoşagəlməz söz-söhbət yaranıb. Nəticədə Gündüz Əli oğlu Məhərrəmov İlqar Məmmədəli oğlu Novruzovu  bıçaqlayıb.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.

Prokurorluğun böyük köməkçisi Əlibala Şahverənovun verdiyi məlumata görə rayonun hüquq mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb. Hadisə ilə bağlı prokurorluq qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb

Son xəbərlər

Orphus sistemi