Villada partlayış zamanı xəsarət alan "Azəravtoyol"un Aparat rəhbəri Türkiyədə vəfat edib

Villada partlayış zamanı xəsarət alan "Azəravtoyol"un Aparat rəhbəri Türkiyədə vəfat edib Hadisədən sonra Müşviq Qurbanov Türkiyəyə aparılmış və oradakı xəstəxanalardan birinə yerləşdirilmişdi
Hadisə
27 Oktyabr , 2016 11:14
Villada partlayış zamanı xəsarət alan Azəravtoyolun Aparat rəhbəri Türkiyədə vəfat edib

Bakı. 27 oktyabr. REPORT.AZ/ Abşeron rayonunun Hökməli qəsəbəsində yerləşən villada baş verən partlayış zamanı ağır xəsarət alan "Azəravtoyol" ASC-nin Aparat rəhbəri Müşviq Qurbanov dünyasını dəyişib.

"Report"un xəbərinə görə, hadisədən sonra M.Qurbanov Türkiyəyə aparılıb və oradakı xəstəxanalardan birinə yerləşdirilib.

O, oktyabrın 27-də Ankarada xəstəxanada vəfat edib.  

Şəbruz Novruzovanın vəziyyəti isə ağır olaraq qalır. 

Qeyd edək ki, oktyabrın 20-də Abşeron rayonunun Hökməli qəsəbəsi Koroğlu küçəsi döngə 5 ünvanında fərdi yaşayış evində partlayış baş verib. Hadisə zamanı ev sahibi Müşviq Qurbanov, həyat yoldaşı Şəbruz Novruzova, 12 yaşlı qızları Leyla Qurbanlı ağır xəsarət alıblar, 3 yaşlı qızları Banuçiçək Qurbanlı isə ölüb.

M.Qurbanov və həyat yoldaşı Türkiyədə xəstəxanaya yerləşdirilmişdilər. 

Son xəbərlər

Orphus sistemi