Vəkil Xalid Bağırov Leyla Yunusun müdafiəsindən kənarlaşdırılıb

Vəkil Xalid Bağırov Leyla Yunusun müdafiəsindən kənarlaşdırılıb Baş Prokurorluğun İstintaq İdarəsi vəkilə Rəsul Cəfərovla görüşməyə də icazə verməyib
Hadisə
5 Noyabr , 2014 18:01
Bakı. 5 noyabr. REPORT.AZ/ Vəkil Xalid Bağırov həbsdə olan Sülh və Demokratiya İnstitutunun (SDİ) direktoru Leyla Yunusun müdafiəsindən kənarlaşdırılıb. Bu barədə “Report”a vəkilin özü məlumat verib.

Belə ki, Bakı İstintaq Təcridxanasında X.Bağırova L.Yunusun müdafiəsindən uzaqlaşdırılmağı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsindən məktub aldıqlarını deyiblər.

Baş Prokurorluğun İstintaq İdarəsi Xalid Bağırova Rəsul Cəfərovla görüşməyə də icazə verməyib.

Qeyd edək ki, L.Yunus iyulun 30-da həbs edilib. Onun həyat yoldaşı – SDİ-nin eksperti Arif Yunus da həbsdədir. Arif Yunus avqustun 5-də tutulub. Onların hər ikisi vətənə xəyanətdə və vergidən yayınmaqda ittiham olunurlar.

Son xəbərlər

Orphus sistemi