​Vəkil Rauf Mirqədirova bəraət verilməsini xahiş edib

​Vəkil Rauf Mirqədirova bəraət verilməsini xahiş edib Məhkəmə sabah davam etdiriləcək
Hadisə
16 Mart , 2016 15:51
​Vəkil Rauf Mirqədirova bəraət verilməsini xahiş edib

Bakı. 16 mart. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Rauf Mirqədirovun apellyasiya şikayəti üzrə məhkəmə davam etdirilib.

“Report”un məlumatına görə, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə R.Mirqədirovun vəkili Fuad Ağayev çıxış edib. O, jurnalistə bəraət verilməsini xahiş edib.

Məhkəmə sabah davam etdiriləcək.

Prosesdən sonra jurnalistlərə açıqlama verən R.Mirqədirovun anası Rəfiqə İsayeva oğlunun səhhətində problemlər olduğunu bildirib. Onun sözlərinə görə, başında güclü ağrılar olan R.Mirqədirov hazırda dərman qəbul edir.

Qeyd edək ki, R.Mirqədirov 2014-cü ilin aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib. O, həmin hökmdən apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Son xəbərlər

Orphus sistemi