Ukraynada qətlə yetirilmiş azərbaycanlı tələbənin nəşi Zaqatalaya gətirilib - FOTO
Hadisə
- 02 oktyabr, 2016
- 02:30
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Zaqatala. 2 oktyabr. REPORT.AZ/ Ukraynada bıçaqlanaraq qətlə yetirilən azərbaycanlı tələbənin nəşi vətənə gətirilib.
"Report"un Şimal-Qərb bürosu xəbər verir ki, Krımın Simferopol şəhərində təhsil alan Məhəmməd Amil oğlu Səfərəliyevin nəşi bu gün səhər saatlarında yaxınlarının iştirakı ilə doğulduğu Zaqatalanın Yuxarı Tala kəndinə aparılıb.
Tələbənin qohumlarının əməkdaşımıza verdiyi məlumata görə, bir-neçə gün öncə Məhəmməd Səfərəliyevin qardaşı, dayısı və digər qohumu nəşi gətirmək üçün Krıma yollanıblar və oradan xüsusi avtomobil sifariş veriblər. İki gün öncə səhər isə oradan Azərbaycana yola düşüblər.
22 yaşlı Məhəmməd Səfərəliyev bu gün Zaqatalanın Yuxarı Tala kənd qəbristanlığında dəfn olunacaq.
Son xəbərlər
20:53
Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib
Futbol
20:52
Foto
Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir
Xarici siyasət
20:40
Bakıda Azərbaycan və Niderland arasında əməkdaşlıq üzrə "Yol xəritəsi"nin icrası müzakirə edilib
Digər ölkələr
20:38
Foto
Qubada "Cyber Camp" düşərgəsinə start verilib
Daxili siyasət
20:25
Pakistan və Türkiyə Səudiyyə Ərəbistanının müdafiəsinə yardım etməyə hazır olduqlarını təsdiqləyib
Digər ölkələr
20:19
İspaniya məhkəməsi "Valensiya"nın sabiq futbolçusunun həbs cəzasını 7 ilə endirib
Futbol
20:19
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb
Region
20:02
İran səfiri Küveyt XİN-ə çağırılıb
Digər ölkələr
19:53
Bastoni zədə səbəbindən 1 aya yaxın komandasına kömək edə bilməyəcək
Futbol