Türkmənistan sahillərində meyiti tapılan neftçinin şəxsiyyəti müəyyənləşib

Türkmənistan sahillərində meyiti tapılan neftçinin şəxsiyyəti müəyyənləşib Bu, 1973-cü il təvəllüdlü Şahmarov Sahib Güloğlan oğludur
Hadisə
30 Yanvar , 2016 20:12
Türkmənistan sahillərində meyiti  tapılan neftçinin şəxsiyyəti müəyyənləşib

Bakı. 30 yanvar. REPORT.AZ/ Bu gün Xəzərin Türkmənistan sahillərində meyiti tapılan neftçinin şəxsiyyəti müəyyənləşib.

Cəsədin tanınması və respublikaya gətirilməsi məqsədilə bu gün Türkmənistana yola düşən istintaq qrupu üzvlərindən birinin “Report”a verdiyi məlumata görə, bu, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə taxta bənd işçisi vəzifəsində işləmiş 1973-cü il təvəllüdlü Şahmarov Sahib Güloğlan oğlunun meyitidir. Neftçinin nəşi yaxın saatlarda vətənə gətiriləcək.

Qeyd edək ki, onun meyiti yanvarın 29-da aşkar edilib.

Dekabrın 4-də "Günəşli" yatağının 10 saylı özülündə baş verən qəza nəticəsində 12 nəfər həlak olub, 18 nəfər isə hazırda itkin düşmüş sayılır.

Son xəbərlər

Orphus sistemi