Xəzərin Türkmənistan hissəsində itkin düşən azərbaycanlı neftçilərin axtarışına başlanılıb

Xəzərin Türkmənistan hissəsində itkin düşən azərbaycanlı neftçilərin axtarışına başlanılıb Bu ərazidə axtarışı FHN-nin təyyarəsi həyata keçirir
Hadisə
12 Dekabr , 2015 16:21
Xəzərin Türkmənistan hissəsində itkin düşən azərbaycanlı neftçilərin axtarışına başlanılıb

Bakı. 12 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzada itkin düşən 23 nəfərin və "Neft daşları" yatağında itkin düşən 3 nəfərin axtarışına bu gün Xəzər dənizinin Türkmənistan ərazisində başlanılıb.

Bu barədə "Report"a "Azneft" İstehsalat Birliyində yaradılmış operativ qərargahdan məlumat verilib.

Qeyd olunub ki, bunun üçün Türkmənistan Dövlət Sərhəd Xidmətindən icazə alınıb. Bu ərazidə axtarışı Fövqəladə Hallar Nazirliyinin (FHN) uzaq məsafələri axtarmaq üçün müəyyənləşdirilmiş bir təyyarəsi həyata keçirir. Bu təyyarə dənizə eniş edə bilir.

Xəzərin Azərbaycan sektorunda isə hazırda FHN-nin 3 helikopteri, 2 gəmisi, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin 2 helikopteri, 5 gəmisi axtarış aparır.

Eyni zamanda FHN-nin Sularda Xilasetmə Xidmətinin qüvvələri Bayıl ərazisində sahilboyu axtarış həyata keçirirlər.

Son xəbərlər

Orphus sistemi