Azərbaycanda turizm şirkətinin rəhbərinə cinayət işi açılıb

Azərbaycanda turizm şirkətinin rəhbərinə cinayət işi açılıb Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir
Hadisə
16 Mart , 2015 16:48
Azərbaycanda turizm şirkətinin rəhbərinə cinayət işi açılıb

Bakı. 16 mart. REPORT.AZ/ “Golden Travel” MMC-nin direktorunun qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciət araşdırılıb.

Bu barədə “Report”a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Araşdırma zamanı “Delta Group” MMC-nin subagent qismində əməkdaşlıq etdiyi və müqavilə əsasında aviadaşıma biletlərinin satışı hüququ verdiyi “Golden Travel” MMC-nin direktoru Fariz Əhmədovun 2012-2014-cü illərdə aviadaşıma biletlərinin satışından əldə etdiyietibar edilmiş özgə əmlakının91 min manatını mənimsəmə və ya israf etmə yolu ilə ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan fakta görəCinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi