Tovuzda təmir sexində yanğın olub

Tovuzda təmir sexində yanğın olub Yanğın saat 17.00-da söndürülüb
Hadisə
14 Yanvar , 2015 21:21
Tovuzda təmir sexində yanğın olub

Bakı. 14 yanvar. REPORT.AZ/ Tovuz rayonu, Düz Qırıqlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan avtomobil təmiri sexində 2 ədəd pəncərə çərçivəsi və təmirə dayanan vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb.

"Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, yanğindan sexin qalan hissəsi mühafizə olunub. Yanğın saat 17.00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi