Tovuzda su anbarında batan 26 yaşlı gəncin meyiti tapılıb - FOTO - YENİLƏNİB

Tovuzda su anbarında batan 26 yaşlı gəncin meyiti tapılıb - FOTO - YENİLƏNİB O, batdığı yerdən 10 m aralıda aşkar edilib
Hadisə
3 İyul , 2016 00:03
Tovuzda su anbarında batan 26 yaşlı gəncin meyiti tapılıb - FOTO - YENİLƏNİB

Bakı. 3 iyul. REPORT.AZ/ Tovuz rayonunun Qazıqulu kəndi ərazisində yerləşən Tovuz su anbarında çimərkən batan gəncin meyiti tapılıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, 1990-cı il təvəllüdlü Hümmətov Yaşar Əziz oğlunun cəsədi batdığı yerdən 10 m aralıda aşkar edilib və sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

*** 2 iyul 18:00  

Tovuz rayonunda 26 yaşlı gənc göldə çimərkən batıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qazıqulu kənd ərazisində yerləşən Tovuzçay su anbarında baş verib. 

Tovuzun Dönük Qırıqlı kənd sakini Yaşar Hümbətov 6 nəfərlə birlikdə su anbarında çimməyə gedib. O, çimərkən suda batıb.

Hazırda gəncin meyitinin axtarışları davam etdirilir.

Son xəbərlər

Orphus sistemi