Törətdiyi qəza nəticəsində dostu ölən şəxsin məhkəməsi keçirilib

Törətdiyi qəza nəticəsində dostu ölən şəxsin məhkəməsi keçirilib “Bir-iki bakal pivə içib evə qayıtmaq üçün maşına əyləşdik...”
Hadisə
21 Sentyabr , 2015 16:03
Törətdiyi qəza nəticəsində dostu ölən şəxsin məhkəməsi keçirilib

Bakı. 21 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Səyyad Farizlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid və təqsirləndirilən şəxs ifadə verib.

Şahid Oqtay Yusifov dindirilən zaman hadisənin necə baş verməsi haqda danışıb: "Səyyadla yaxın dostam. Hadisənin baş verdiyi gün axşam mərhum Röyal Həsənov məni çağırdı, ona iş barədə kömək etməyimi istədi. Daha sonra mən, Səyyad, digər dostumuz Dilqəm və Röyal maşına oturub çay və pivə içməyə getdik. Sükan arxasına Səyyad əyləşmişdi. Bir-iki bakal pivə içib evə qayıtmaq üçün maşına əyləşdik. Mən maşının arxa oturacağında telefonla danışırdım. Qarşımıza "KamAZ" markalı yük avtomobili çıxdı. Bu zaman Səyyad maşını qırağa çəkmək istədi. Lakin avtomobil yoldan çıxdı. Ayılanda özümü xəstəxanada gördüm".

Məhkəmənin növbəti iclası sentyabrın 28-nə təyin edilib.

Qeyd edək ki, S.Farizli Cinayət Məcəlləsinin 263.2-ci (avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunur.

S.Farizlinin idarə etdiyi avtomobil aşıb. Qəza nəticəsində dostu Röyal Həsənov dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi