​Polis Masallıda qətl törədən 4 nəfərdən birini həbs edib

​Polis Masallıda qətl törədən 4 nəfərdən birini həbs edib 16 yaşlı Həmid Məmmədovu bıçaqla qətlə yetirən şəxslərdən 3-ü polisdən gizlənir
Hadisə
11 İyul , 2015 14:26
​Polis Masallıda qətl törədən 4 nəfərdən birini həbs edib

Bakı. 11 iyul. REPORT.AZ/ Masallı rayonunda 16 yaşlı Həmid Məmmədovu bıçaqla qətlə yetirən şəxslərdən biri tutulub.

"Report" Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, polis və prokurorluq orqanlarının əməkdaşlarının apardıqları tədbirlər nəticəsində iyulun 9-da Masallı rayonunda Həmid Məmmədovu bıçaqla qətlə yetirmiş Xıl kənd sakinləri əvvəllər məhkum olunan Rövşən Zamanov tutulub, Röyal Quliyev, Cavid Kazımov və Mehdi Bağışov müəyyən ediliblər.

Onların tapılıb tutulmaları barəsində tədbirlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi