Daha bir tikinti şirkəti dələduzluqda ittiham olunur

Daha bir tikinti şirkəti dələduzluqda ittiham olunur Şirkətə 36 min manat ödəyən vətəndaş pulunu geri ala bilmir
Hadisə
2 May , 2016 10:45
Daha bir tikinti şirkəti dələduzluqda ittiham olunur

Bakı. 2 may. REPORT.AZ/ Bakıda fəaliyyət göstərən daha bir tikinti şirkəti dələduzluqda ittiham edilir.

“Report”un xəbərinə görə, Bakı şəhər sakini 37 yaşlı Elmira Süleymanova hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, B.Sərdarov küçəsi – 4 ünvanında yerləşən “Qlobal” MMC-nin inşa etdiyi binadan 36 739 manata mənzil alıb.

Lakin bir müddət sonra həmin binada tikinti işlərinin dayandırıldığını görüb. O, pulunu geri istəsə də, yalnız 1 500 manatını geri ala bilib. Pulun qalan hissəsi isə qaytarılmayıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi