Tərtərdə ağır yol qəzası zamanı ölən və yaralananların şəxsiyyəti məlum olub - FOTO - YENİLƏNİB

Tərtərdə ağır yol qəzası zamanı ölən və yaralananların şəxsiyyəti məlum olub - FOTO - YENİLƏNİB Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
20 Fevral , 2016 18:48
Tərtərdə ağır yol qəzası zamanı ölən və yaralananların şəxsiyyəti məlum olub - FOTO - YENİLƏNİB

Bakı. 20 fevral. REPORT.AZ/ Tərtər rayonunda baş verən ağır yol qəzası zamanı ölən və yaralananların şəxsiyyəti məlum olub.  

"Report" xəbər verir ki, qəzada "VAZ - 21099" markalı avtomobilin sürücüsü 33 yaşlı Tehran Hüseynov və “Mercedes”də olan sərnişin 76 yaşlı Rəfiqə Kazımova hadisə yerində keçinib.

Hadisə zamanı hər iki avtomobildə olan 4 sərnişin - 41 yaşlı Nofər Qurbanov, 16 yaşlı Elşən Baxşəliyev, 46 yaşlı İsaq Kazımov və 35 yaşlı Mənsurə Qurbanova ağır bədən xəsarətləri alıb. Yaralılar ilk olaraq Tərtər Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilsələr də, vəziyyətləri ağır olduğu üçün Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılıblar.

***16:42

Tərtər rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. "Report"un məlumatına görə, hadisə rayonun Sarıcalı kəndi ərazisində qeydə alınıb. 

Yol-nəqliyyat hadisəsi "Mercedes" markalı minik avtomobili ilə "VAZ 21099" markalı avtomobilin toqquşması nəticəsində baş verib. Hadisə zamanı "VAZ 21099" markalı avtomobilin sürcüsü və sərnişini ölüb, iki nəfər isə ağır bədən xəsarətləri alıb. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Baş verən yol qəzasında ölən və yaralananların hələlik şəxsiyyəti məlum deyil. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi