Tərtərdə partlayış nəticəsində 23 yaşlı gənc yanıb - FOTO

Tərtərdə partlayış nəticəsində 23 yaşlı gənc yanıb - FOTO Yaralının vəziyyəti ağırdır
Hadisə
8 Sentyabr , 2015 02:25
Tərtərdə partlayış nəticəsində 23 yaşlı gənc yanıb - FOTO

Bakı. 8 sentyabr. REPORT.AZ/ Tərtər rayonunda 1 nəfərin ağır yaralanması ilə nəticələnən partlayış baş verib.

Bərdə Rayon Mərkəzi Xəstəxanasından "Report"a verilən məlumata görə, 1992-ci il təvəllüdlü Tərtər rayon sakini Qasımlı Alim Akif oğlu ağır yanıq xəsarətləri ilə xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisə Tərtər şəhərinin Həzi Aslanov küçəsində qeydə alınıb. 23 yaşlı gənc əlində siqaret bir qabdan digərinə benzin tökərkən qəflətən partlayış baş verib. Hadisədən ilk olaraq yaralının anası xəbər tutub.

Zərərçəkən dərhal Tərtər şəhər xəstəxanasına çatdırılsa da, vəziyyəti ağır olduğundan Bərdə Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Son xəbərlər

Orphus sistemi