Tərtər sakini arvadını və qaynanasını baltalayıb

Tərtər sakini arvadını və qaynanasını baltalayıb Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
4 Avqust , 2016 13:10
Tərtər sakini arvadını və qaynanasını baltalayıb

Tərtər. 4 avqust. REPORT.AZ/ Tərtər şəhər sakini arvadını və qaynanasını baltalayıb. "Report" xəbər verir ki, avqustun 3-də Tərtər şəhərində yaşayan Tofiq Məmmədov evində ailə münaqişəsi zəminində arvadı Məhsəti Səmədovanın və qaynanası Səfurə Quliyevanın baş nahiyələrinə balta ilə xəsarət yetirib.

Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Məmmədov tutulub.
Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi