​Təhsil Nazirliyinin apellyasiya şikayətinə baxılıb

​Təhsil Nazirliyinin apellyasiya şikayətinə baxılıb Ləğv olunan hissədə iddia təmin edilməyib
Hadisə
5 Noyabr , 2015 14:30
​Təhsil Nazirliyinin apellyasiya şikayətinə baxılıb

Bakı. 5 noyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Təhsil Nazirliyinin “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə (ASC) qarşı apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un xəbərinə görə, hakim Sərvət Hüseynovun sədrliyi ilə keçirilən prosesdə birinci instansiya məhkəməsinin "Azərsu"nun xeyrinə qəbul etdiyi qətnamə ləğv edilib. Ləğv olunan hissədə isə iddia təmin edilməyib.

Qeyd edək ki, bu il “Azərsu” Təhsil Nazirliyini məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən "Azərsu" borcun ödənilməsi barədə tələb irəli sürüb. Məhkəmə iddianı qismən təmin edib. Qərarla razılaşmayan Təhsil Nazirliyi apellyasiya şikayəti verib. 

Son xəbərlər

Orphus sistemi