Tanınmış jurnalist Elvin Basqallı Kürdəmirdə avtomobil qəzasına düşüb

Tanınmış jurnalist Elvin Basqallı Kürdəmirdə avtomobil qəzasına düşüb Tanınmış jurnalist Elvin Basqallı Kürdəmirdə avtomobil qəzasına düşüb.
Hadisə
14 Yanvar , 2024 17:13
Tanınmış jurnalist Elvin Basqallı Kürdəmirdə avtomobil qəzasına düşüb

Tanınmış jurnalist Elvin Basqallı Kürdəmirdə avtomobil qəzasına düşüb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, sürücü Nicat Tarverdiyev "Hyundai Santafe" markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Hadisə zamanı Elvin Tarverdiyev və ailə üzvləri avtomobildə olublar. Qəzada xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Hazırda fakt araşdırılır.

Qeyd edək ki, tanınmış jurnalist Elvin Tarverdiyev (Basqallı) hazırda “Azəristiliktəchizat” ASC-nin mətbuat katibidir.

Son xəbərlər

Orphus sistemi