​Sumqayıtda yanğın baş verib

​Sumqayıtda yanğın baş verib Sexin dam örtüyü, spirt çəni, 3 ədəd spirt istehsalı dəzgahı və tibbi ləvazimatlar yanıb
Hadisə
21 May , 2016 05:20
​Sumqayıtda yanğın baş verib

Bakı. 21 May. REPORT.AZ/ Sumqayıt şəhərində yanğın hadisəsi qeydə alınıb.

"Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən xəbər verir ki, Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 400 kv.m olan tibbi spirt istehsalı sexinin dam örtüyünün yanar konstruksiyaları, içərisində 3 boş 1 dolu olan 6 kub.m spirt çəni, 3 ədəd spirt istehsalı dəzgahı və tibbi ləvazimatlar yanıb.

Yaxınlıqdakı taxta sexi yanğından mühafizə olunub. 

Yanğın saat 21:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi