Sumqayıtda qadınları cinsi istismara məruz qoyan şəxs tutulub

Sumqayıtda qadınları cinsi istismara məruz qoyan şəxs tutulub O, qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı üzrə axtarışda olub
Hadisə
16 Yanvar , 2016 15:16
Sumqayıtda qadınları cinsi istismara məruz qoyan şəxs tutulub

Bakı. 16 yanvar. REPORT.AZ/ Sumqayıtda qadınları cinsi istismara məruz qoyan şəxs tutulub. "Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb. 

Məlumata görə, Sumqayıt şəhər sakini Aisə Əlizadənin bir qrup şəxslə cinayət əlaqəsinə girərək gəlir əldə etmək məqsədilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən müəyyən edilib və həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə o tutulub.

Son xəbərlər

Orphus sistemi