Sumqayıtda fəhlə başına beton daşı düşməsi nəticəsində ölüb

Sumqayıtda fəhlə başına beton daşı düşməsi nəticəsində ölüb Məhəmməd Qurbanov 13 mərtəbəli binada fəhlə işləyib
Hadisə
30 May , 2016 12:51
Sumqayıtda fəhlə başına beton daşı düşməsi nəticəsində ölüb

Bakı. 30 may. REPORT.AZ/ Sumqayıt şəhərində Biləsuvar rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, mayın 28-də Sumqayıt şəhəri 6-cı mikrorayonda inşa edilən 13 mərtəbəli binada fəhlə işləyən Biləsuvar rayon sakini Məhəmməd Qurbanov 1-ci mərtəbədə olarkən beton daşı qırılaraq başına düşüb və o, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi