Bakı. 4 sentyabr. REPORT.AZ/ Sumqayıt şəhərində, doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 65 kv.m olan üç otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları qismən yanıb.
“Report”
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 20 nəfər bina sakini təxliyə olunub. Yanğın saat 22:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.