Bakı. 20 yanvar. REPORT.AZ/ Sumqayıt şəhərində bacıoğlu xalasının pulunu oğurlayıb. “Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.
Məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) 3-cü Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Gülnaz Qarayevanın evindən 500 manat oğurlamış bacısı oğlu Nurlan İsmayılov saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.