Sumqayıtda avtomobil avtobus dayanacağına girib, 2 nəfər yaralanıb - FOTO

Sumqayıtda avtomobil avtobus dayanacağına girib, 2 nəfər yaralanıb - FOTO Dayanacaqda duranlardan birinin üzərinə şüşə layı düşüb
Hadisə
1 Oktyabr , 2015 18:39
Sumqayıtda avtomobil avtobus dayanacağına girib, 2 nəfər yaralanıb - FOTO

Bakı. 1 oktyabr. REPORT.AZ/ Sumqayıt şəhərində yol-nəqliyyat qəzası baş verib. “Report”un xəbərinə görə, 11-ci mikrorayonda “Priora” markalı avtomobil avtobus dayanacağına girib.

Hadisə nəticəsində dayanacaqda duran iki nəfər yaralanıb. Onlar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Yaralıların vəziyyətin ağır olduğu bildirilir. Onlardan birinin üzərinə dayanacağın qırılan şüşə layı düşüb.

Avtomobildə olan şəxslər xəsarət almayıb.

Son xəbərlər

Orphus sistemi