Soyğunçuluqda təqsirləndirilən şəxsə hökm oxunub

Soyğunçuluqda təqsirləndirilən şəxsə hökm oxunub Onların hər biri 5 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
25 May , 2016 13:45
Soyğunçuluqda təqsirləndirilən şəxsə hökm oxunub

Bakı. 25 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluq etməkdə təqsirləndirilən Orxan Mikayılov və Emin Balayevin cinayət işi üzrə məhkəməsi başa çatıb.

"Report"un məlumatına görə, hakim Ramella Allahverdiyevin sərdliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə O.Mikayılov və E.Balayevin hər biri 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hər iki şəxs ötən il soyğunçuluq etməkdə sübhəli bilinərək polis əməkdaşları tərəfindən saxlanılıb. Onlar Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi